Slovakiyada yaşayan qaraçıların iki "rəhbər"inin övladları ailə qurublar. 20 yaşlı Lukaş 19 yaşlı Yevka ilə evlənib.
Milli.Az European-a istinadən bildirir ki, toyun özəlliyi bəylə gəlinin toplam çəkisinin 310 kq olması deyildi.
Əynində 210 min dollarlıq gəlinlik olan Yevkanın ailə üzvləri, qohumları və rəfiqələri onu avro, qızıl "yağış"ına tutublar.
Lukaşın valideynləri isə toyda 69 min avro məbləğində şabaş veriblər.
Toyun maraqlı anlarından biri də qaraçı adətlərinə uyğun olaraq, gəlin rəqs edərkən onun ətəyinin qaldırılması və qohumların tutduqları ətəyə 500 avroluq əskinaslarını parçalayaraq atmaları idi.
Yevkanın əynindəki gəlinliyin bəzədilməsinə 4,5 kq qızıl və 1243 karat brilyant, Lukaşın kostyumunun "süslənməsi"nə isə 2,3 kq qızıl və 1200 karat brilyant sərf olunmuşdu. Yevkanın başında 3,2 kq ağırlığında, saf qızıldan hazırlanaraq almaz, yaqut və brilyantlarla bəzədilmiş tac vardı.
Bəyin atası yeni ailə quran gənclərə 5 lüks avtomobil, 2 mənzil, 1 villa hədiyyə edib.
Gəlinin atası isə cehiz qismində 4,5 milyon avro nağd pul, 24 kq qızıl, 230 zinət əşyası, 5 villa, 12 mənzil verib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:










