Kubada 1200 turist qasırğa ilə əlaqədar ölkənin şərqinə təxliyə edilib

Kubada 1200 turist qasırğa ilə əlaqədar ölkənin şərqinə təxliyə edilib
06:57 4 Oktyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kubada 1,2 min turist "Metyu" qasırğasl ilə əlaqədar ölkənin şərqinə təxliyə edilib.
"Report"un məlumatına görə, bu barədə "Prensa Latina" agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, əcnəbi turistlər Hardines-del-Rey arxipelaqındakı otellərə yerləşdiriliblər. Həmin əraziyə turistlərin yeni qrupunun gəlişi gözlənilir.
Hardines-del-Reydə 17 otel yerləşir və ərazi 7,5 min nəfəri qəbul etməyə qadirdir.
Qasırğa saatda 9,7 kilometr sürətlə ölkənin şimalına doğru hərəkət edir. Əgər bu parametrlər saxlanılsa, təbii fəlakət bu gün ölkənin sərhədlərinə çatacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR