Gəlin orijinal olmaq istədi, kəllə-mayallaq aşdı - FOTO

Gəlin orijinal olmaq istədi, kəllə-mayallaq aşdı - FOTO
11:57 4 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Toy fotolarımın orijinal alınmasını istədim, amma alınmadı. At məni yerə atdı".

ABŞ-ın Nyu-Cersi ştatındakı Oklend şəhərində yaşayan Syu Alleqretta toy günü xatirə fotoları seriyası çəkdirirdi. Fotoqraf da onu "şahzadə" kimi təsvir etməyə çalışırdı.

Milli.Az ABC-yə istinadən bildirir ki, bunun üçün iki atın alınlarına buynuz bağlanıb, atlar "təkbuynuz"a (unicorn) döndərilib.

Süjetə görə, Syu da atlardan birinin üzərində oturaraq nağıllardakı şahzadə obrazında olmalıydı.

Syu rəfiqəsi Makkenzi Vulqarislə birlikdə atlara minərək çayın sahilinə yaxınlaşıblar. Suya girən atlar qəflətən fınxırmağa başlayıblar. Syunun mindiyi at qorxub və gəlini belindən aşağı atıb.

Gəlinlik paltarında olan Syu da kəllə-mayallaq suya düşüb.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/475797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR