"Totti Romada tanrı, Cerrard Liverpulda "kapitan fantastika"dır"

"Totti Romada tanrı, Cerrard Liverpulda "kapitan fantastika"dır"
22:37 5 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Norveç millisinin eks kapitanı Yon Arne Riise iki məşhur sima - Totti və Cerrard barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Roma" və "Liverpul" formasını geymiş sabiq müdafiəçi bunları deyib:

"Totti Romada tanrıdır, Cerrard Liverpulda "kapitan fantastika". Bunlar iki fərqli futbolçudur. Stiven daha universaldır. Güc, dayanıqlıq, dəqiq zərbələr, başla oyun, hesablanmış ötürmələr onun əsas cəhətləridir. O, müxtəlif mövqelərdə oynaya bilər. Totti texniki baxımdan əsl dahidir. Taktiki nöqteyi nəzərdən də əladır. Totti parlaq şəxsiyyətdir, meydanda tam gücü ilə mübarizə aparır. Onları çıxış etdiyim komandaların ən yaxşıları sırasında görürəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR