Bakıda maşın 76 yaşlı kişini vuraraq öldürdü

Bakıda maşın 76 yaşlı kişini vuraraq öldürdü
03:14 6 Oktyabr 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

 Bakının Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, Yeni Günəşli qəsəbəsi ərazisində yolu keçmək istəyən 76 yaşlı Zaman Mədət oğlu Quliyevi maşın vurub. Piyada ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq Zaman Quliyevin həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

 

Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparıb və müvafiq ekspertizalar təyin edilib. Polisdən verilən məlumata görə, sürücü saxlanılıb.

 

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR