İcra başçısı jurnalisti işdən çıxartdırıb?

İcra başçısı jurnalisti işdən çıxartdırıb?
11:44 6 Oktyabr 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb. Lent.az aznews.az-a istinadən xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə yazıb. G.Məmmədov iddia edir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb:

 

“Bir neçə gün öncə çalışdığım Space televiziyasından ayrıldım. İşdən çıxma səbəbim mənə qarşı edilən haqsızlıq idi. Mənə verilən tapşırığı yerinə yetirmək üçün üz tutdum çəkiliş məkanına. Məsələ isə pambıq əkən fermerlərin qəbul məntəqəsi tərəfindən aldadılması idi. Pambığın pulunu fermerlərə 50 qəpikdən deyil, 46 qəpikdən vermişdilər. Müsahibələr götürdüm. Aldadılan fermerləri danışdırdım. Sonra üz tutdum sözügedən zavoda. Ancaq orada mənə müsahibə verən tapılmadı. Daha sonra Bərdə rayon İcra Hakimiyyətindən birinci müavin mənə zəng vurdu ki, başçı səni çağırır. Getmək istəməyəndə mənə hədə-qorxu gəldilər. Məcbur getməli oldum. Başçı Vidadi İsayevin otağına daxil olan kimi mənə dedi ki, “artıq tapşırmışam, səni işdən çıxarıblar”. Belə də oldu. Rəhbərlik heç bir əsası olmadan, icra başçısının sözü ilə işdən on beş gün kənarlaşmağımı istədi. Mən isə mənə atılan böhtanla razılaşmayıb, ərizəmi yazdım və işdən çıxdım. Mən bu haqsızlığın tezliklə aydınlaşmasını istəyirəm”.

 

Bərdə rayon İcra Hakimiyyəti “Space” televiziyasının əməkdaşı Gündüz Məmmədovun başçı Vidadi İsayevin sifarişi ilə işdən çıxarılması xəbərinə münasibət bildirib. Qurumun Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri İlham Məmmədov açıqlamasında bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: ““Space” müstəqil televiziyadır və onun rəhbərliyi var. Əgər kanal rəhbərliyi kimisə işdən çıxarıbsa, orada icra başçısısın rolu olmur. Rayon icra başçısının sözü ilə heç kimi işə götürmürlər ki, onun da sözü ilə işdən uzaqlaşdırsınlar”.

 

İ. Məmmədov Gündüz Məmmədovun yaxşı kadr olduğunu deyib: “Gündüz yaxşı olandır və eyni zamanda gözəl mütəxəsisdir. Özünə hörmət edən televiziya rayon icra başçısının əmri, ya da göstərişi ilə kimisə işdən çıxarmır”.

 

Qeyd edək ki, Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb. Jurnalist iddia edir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR