Yaponiya turizm sənayesinin nümayəndələri Azərbaycana gələcək

Yaponiya turizm sənayesinin nümayəndələri Azərbaycana gələcək
20:37 7 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, eləcə də, Azərbaycanın Yaponiyadakı səfirliyinin, Türk Hava Yollarının Bakı ofisinin və "Gilan Hospitality Group"un dəstəyi ilə Yaponiyanın turizm sənayesi üzrə nümayəndə heyəti 10-14 oktyabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Milli.Az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində 10 oktyabrda Azərbaycan və Yaponiyanın turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının Prezidenti Tadaşi Şimura tərəfindən "Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri" mövzusunda təqdimat keçiriləcək.

Qeyd edək ki, nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR