Bakıda yük avtomobili elektrovozla toqquşub, ölən və yaralanan var

Bakıda yük avtomobili elektrovozla toqquşub, ölən və yaralanan var
13:07 8 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı şəhərində yük avtomobili elektrovozla toqquşub. 
"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, ötən gün Qala dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə Bakı şəhər sakini Əkbər Məmmədov idarə etdiyi “QAZel” markalı avtomobili elektrovoza vurub. Nəticədə Ə.Məmmədov hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-yuk-avtomobili-elektrovozla-toqqusub-olen-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR