Azərbaycan - Norveç: Start heyətləri bəllidi - YENİLƏNİR

Azərbaycan - Norveç: Start heyətləri bəllidi - YENİLƏNİR
19:27 8 Oktyabr 2016
146 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxacaq.

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olacaq.

Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə çalışacaq. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qırıb, ilk dəfə rəqib qapısına yol tapmaq, növbəti qələbəsini bayram etmək iddiasındaı.

Ev oyunundakı xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnəcək. Yığmamızın turu zirvədə bitirməsi üçün Norveç üzərində qələbə ilə yanaşı, digər görüşlərin də nəticələri vacibdi.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç qarşılaşması saat 20:00-da start götürəcək.

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

C qrupu

II tur

8 oktyabr

20:00. Azərbaycan - Norveç

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov

Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Anar Nəzirov (q), 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abnşov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev, 22. Tərlan Quliyev

Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alesami, 3. Even Hovland, 4. Stefan Strandberq, 7. Coşua Kinq, 10. Markus Henriksen, 19. Per Silyan Skilberd, 16. Yonas Svensson, 18. Ole Salnes, 20. Adama Diomande, 21. Pal Andre Helland

1

Almaniya

1

1

0

0

3-0

3

2

Azərbaycan

1

1

0

0

1-0

3

3

Çexiya

1

0

1

0

0-0

1

4

Ş.İrlandiya

1

0

1

0

0-0

1

5

San-Marino

1

0

0

1

0-1

0

6

Norveç

1

0

0

1

0-3

0

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR