Türkiyədə NÖVBƏTİ TERROR: 6 əsgər şəhid oldu

Türkiyədə NÖVBƏTİ TERROR: 6 əsgər şəhid oldu
12:48 9 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən hərbi postda terror aktı baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bomba yüklənmiş avtomobillə posta hücum nəticəsində 6 əsgər şəhid olub.

Hücumu PKK terror təşkilatının törətdiyi bildirilir.

Hadisə zamanı aralarında mülki şəxslər də olmaqla, 7 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda təcili yardım maşını cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR