Restorandan çıxan S.Ortacla xanımı sualları cavablandırıblar.
Türkcə danışmağı öyrənən Xlo Ortacın dediyinə görə, bu il ana olmaq, dünyaya qız gətirməyi arzulayır.
Milli.Az AHT-yə istinadən bildirir ki, Sərdar Ortac isə 5 milyon dollarlıq binasını satdığını deyib.
"Borclar məni sıxırdı. Zatən bankdan kreditlə alınan bir şey sənin yox, bankındır. Hər gün borcla oyanmaq istəmədiyim üçün binanı satıb kredit borclarımı ödədim. Yanvarın 16-da isə filmə çəkiləcəyik. Xlo ilə mənə rol veriblər", - S.Ortac söyləyib.
Milli.Az













