İEA: Neftin qiyməti 60 dollara çatarsa, Amerikada hasilat kəskin artacaq

İEA: Neftin qiyməti 60 dollara çatarsa, Amerikada hasilat kəskin artacaq
14:27 11 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Neft qiymətlərinin 60 dollar/barelə kimi mümkün yüksəlişi Şimali Amerikada neft hasilatını artmaqla yanaşı, qlobal neft tələbindəki artımı azaldacaq. "Report"un Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Energetika Agentliyinin (İEA) icraçı direktoru Fatih Birol bildirib. 
Onun sözlərinə görə, neft qiymətlərinin 60 dollar/barelə çatması durumunda başqa bölgələrdə də güclü hasilat artımı mümkündür.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən XXIII Beynəlxalq Energetika Forumu çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanından hasilatın azaldılıması ilə bağlı gələn açıqlamalar neft qiymətlərinin son bir ilin maksimal səviyyəsinə (53,5 dollar/barel) çatmasına səbəb olub. Sabah, oktyabrın 12-də neft ölkələri hasilat kvotaları ilə bağlı, həmçinin yeni yaradılması düşünülən neft hasilatçıları ölkələri təşkilatı barədə açıqlamalar verə bilər. 
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətləri 55 dollar/barelə qədər arta bilər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR