Putin, Ərdoğan və Əliyevin olduğu zalda SİRLİ QUTU

Putin, Ərdoğan və Əliyevin olduğu zalda SİRLİ QUTU
14:33 11 Oktyabr 2016
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən İstanbulda 23-cü Dünya Enerji Konqresi öz işinə başladı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Konqres bir sıra maraqlı məqamları ilə diqqət çəkdi. Xüsusilə təyyarə böhranından sonra Rusiya prezidenti Vladimir Putinin ilk dəfə Türkiyəyə gəlişi maraq doğururdu.

Publika.az
Rusiyanın “Kommersant” nəşrinin jurnalisti Andrey Kolesnikov İstanbuldan hazırladığı reportajı təqdim edir.

***

Konqresin keçirildiyi mərkəzin foyesində maraqlı hadisə yaşandı. Bir gənc əlində qutu ilə içəri keçmək istəyəndə onu saxladılar. Çünki qutu şübhə doğurmuşdu.

- Bu, Putinə hədiyyədir – gənc ingilis dilində səbirlə izah edirdi.

- Hansı hədiyyə? – türklər də eyni dildə təəccüblə soruşdular.

- Burada... gicgahlar... – gənc nəsə etiraf etdi.

Görünən odur ki, gənc də qutuda nə olduğunu bilmir. Bu şərait mühafizəçiləri də utandırdı.

- Siz nə deyirsiniz? – lakin mühafizə inanmaq istəmirdi.

- Putinə ad günü hədiyyəsidir. Siz yoxlayacaqsınız?!

Mən onu içəri buraxıb-buraxmadıqlarını anlamadım, çünki forum qəfildən başladı.

***

Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan yan-yana oturmuşdular. Ərdoğandan solda həyat yoldaşı əyləşmişdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Putinin sağında idi.

Rusiya və Türkiyə prezidentləri mehriban danışırdılar. Sanki köhnə dostlar kimi.

Hər kəs yerini alır və sammit başlayır. İlk olaraq 15 iyul dövlət çevrilişinə cəhd zamanı yaşananlardan bəhs edən sənədli film nümayiş olunur. Ən diqqət çəkən məqamlardan biri zalda əlində avtomatlar olan mühafizəçilərin olması idi.

Türkiyənin baş naziri Binəli Yıldırımın çıxışından sonra qısa səhnəciklər nümayiş olundu və bir sıra şeirlər səsləndi.

Şimali Kipr prezidenti Mustafa Akıncıdan sonra Venesuela prezidenti Nikola Maduro çıxış etdi.

- Bizə neftin ədalətli və həqiqi qiyməti lazımdır – Nikolas Madurov bildirdi.

Əslində, bütün forumun məqsədi də bu idi. İnsanlar məhz neftin hasilatının hansı səviyyədə dondurulması məsələsini müzakirə etmək üçün toplaşmışdı. Hazırda hasilatın donunu açan İran və İraq nümayəndələri İstanbula gəlməkdən imtina etmişdi...

Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi və hazırda neft bazarındakı vəziyyətə toxundu. Onun çıxışı alqışlarla qarşılandı.

Və budur, Vladimir Putin səhnəyə çıxdı. Demək olar ki, zaldakılardan çoxu ayağa qalxaraq, onun çıxışını telefonun videoyaddaşına köçürürdü. Çünki təyyarə böhranından sonra Putin Türkiyədə pop ulduzlar Tarkan və Sərdar Ortacdan daha məşhur olub.

Putin dünyanın karbohidrogen ehtiyatlara tələbatının azalmadığını, əksinə getdikcə artdığını vurğuladı.

O, “OPEK-də hasilatın limitinin müəyyənləşdirilməsi” məsələsinə toxunaraq dedi:

- Biz bu ideyanı tamamilə dəstəkləyirik.

Rusiya prezidenti Qərb himayəçiləri haqqında da danışdı:

- Onlar öz tərəfdaşları haqqında düşündüklərini deyirlər, lakin heç vaxt şəxsi maraqlarını da unutmurlar...

***

Forum fasilə elan etdi. Görünür, artıq iş yekunlaşırdı.

Ən maraqlı məqam “Türk axını” layihəsinin imzalanması məsələsi idi. Mərasim başlanmamışdan öncə türk jurnalist Siyamend Kaçmaz söhbət zamanı hər şeyin artıq həll olunduğunu dedi:

- Siz foyedə “Türk axını” stendlərini gördünüz? Bu heç vaxt belə olmamışdı. Orada bütün təfərrüatlar, marşrut xətləri, hətta video da var. Mütləq imzalayacaqlar. Deməli, onlar hər şeyi həll edib.

İmzalanma mərasiminə qədər jurnalistlərlə birlikdə hər iki nümayəndə heyətinin üzvləri də gözləyirdi. Demək olar ki, artıq üç saat keçmişdi. “Qazprom”un rəhbəri Aleksey Miller mənə danışdı ki, “Türk axını” kəmərinin iki habın tikintisi haqda hökumətlərarası razılaşma imzalanacaq. Bu məsələ həll olunub.

“Rosneft”in başçısı İqor Seçin isə öz növbəsində ehtiyatla bildirdi:

- Siz təsəvvür etmirsiniz ki, biz bu çoxmilyardlı sazişlərin üzərində nə qədər işləmişik. Bəzən hər şey bir sözdən asılı ola bilər.

Hər iki prezidentin iştirakı ilə hökumətlərarası razılaşmanı Rusiya energetika naziri Aleksandr Novak və Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak imzaladı.

İmzalanma başa çatdı. Putinlə Ərdoğan köhnə dostlar kimi davranırdılar. Sanki təyyarə böhranı olmamışdı. Əslində, onlar lap əvvəldən dost idilər. Hələ 2009-cu ildə bir türk jurnalist danışırdı ki, Ərdoğanla Putinin görüşünün protokol hissəsi başa çatandan sonra, o, kameranı söndürməyib. Otaqdakı jurnalistlər bayıra çıxarılırdı. Həmin vaxt Ərdoğanla Putinin dialoqu kameraya düşmüşdü. Putin Ərdoğandan Yeni ili harada qeyd edəcəyini soruşurdu və öz çiynində ağrılardan şikayət edirdi. Artıq onlar o vaxtda köhnə dostlar idi. Eynilə indi də dörd saatlıq danışıqlardan sonra onlar köhnə dost olduqlarını göstərdilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR