Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib

Türkiyə parlamenti fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib
20:47 11 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılması haqqında qərar qəbul edib. 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, Türkiyə parlamentinin oktyabrın 11-də keçirilmiş plenar iclasında Nazirlər Kabinetinin ölkə ərazisində fövqəladə vəziyyət rejiminin oktyabrın 19-da yerli vaxtla saat 01:00-da 90 gün müddətinə uzadılması ilə bağlı təqdim etdiyi qanun layihəsi təsdiqlənib. 
Qeyd edək ki, bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd olub. Nəticədə 250 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb. Bundan sonra ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-parlamenti-fovqelade-veziyyet-rejiminin-daha-uc-ay-muddetine-uzadilmas

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR