Sorğunun nəticələri haqqında Tender Komissiyasının 5 oktyabr 2016-cı il tarixli qərarına əsasən, fiziki şəxs Rafiuq Ürfət oğlu Rəhimbəyli qalib elan edilib və oktyabrın 7-də onunla satınalma müqaviləsi imzalanıb.
Xatırladaq ki, "Azərbaycan İnvestisiya Şirkəti" 2006-cı ildə, İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb. Onun nizamnamə kapitalı 160 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 100 manat olan 1,6 mln. səhm əsasında formalaşıb.