Nazirlikdən “Report”a verilən məlumata görə, fond sahibkarlardan iri taxılçılıq, müasir heyvandarlıq kompleksinin, intensiz bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, 3 ulduz otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail:info@anfes.gov.az) müraciət edə bilərlər.