Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək

Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək
12:42 13 Oktyabr 2016
18 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək".

Milli.Az report-a istinadən bildirir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, İrəvanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.
Sərgidə Rusiya 16 şirkət ilə təmsil olunub. Onlar potensial müştərilərə müasir zirehli, raket-artilleriya silahları və texnikaları, "Uran" ailəsindən olan robototexniki komplekslər, hərbi aviasiya, atıcı silahlar və sursatlar nümayiş etdirəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/478941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR