"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Aerokosmik Komitəsinin (Kazkosmos) sədri Yerkin Şaymaqambetov Alma-Atada keçirilən MDB ölkələrinin icra hakimiyyəti orqanları nümayəndələrinin kosmik sektorda əməkdaşlığa dair yeddinci iclasının yekununda məlumat verib.
Kazkosmos-un rəhbərinin sözlərinə görə, bu saziş 1992-ci ilin anlaşmasını əvəz edəcək. Yeniliklərdən biri isə MDB ölkələrində Kosmos üzrə Dövlətlərarası Şuranın yaradılması ola bilər.