Almaniya XİN başçısı AŞ monitorinq missiyasının həll olunmamış münaqişə zonalarına girişinin təmin edilməsinə dair çağırış edib

Almaniya XİN başçısı AŞ monitorinq missiyasının həll olunmamış münaqişə zonalarına girişinin təmin edilməsinə dair çağırış edib
15:02 13 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Avropa Şurasının monitorinq missiyasının təşkilat məkanında həll olunmamış münaqişə zonalarına girişinin təmin edilməsinə dair çağırış edib.
"Report" xəbər verir ki, Ştaynmayer bu barədə Strasburqda keçirilən AŞPA-nın plenar iclasında çıxışı zamanı bildirib.
"Krım, Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya kimi münaqişə nöqtələrinə çıxışı təmin eləmək lazımdır. Bizim qitədə "qara ləkə" olmamalıdır", - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA-nın payız sessiyasında monitorinq missiyalarının münaqişə zonalarına səfər etməsinin zəruriliyini qeyd edib.
Almaniya XİN başçısı həmçinin xüsusilə münaqişənin artması və gərginliyin yüksəlməsi zamanı Avropa Şurası və AŞPA-nın rolunun əhəmiyyətini vurğulayıb.
O, Ukraynadakı vəziyyətə toxunaraq mövcud münaqişələrin çoxalmasının və yenilərinin ortaya çıxmasının yolverilməz olduğunu bildirib: "Kim təsəvvür edə bilərdi ki, XXI əsrin əvvəllərində Avropanın mərkəzində olan ölkənin ərazi bütövlüyü beynəlxalq hüquqa zidd şəkildə pozulacaq?!"

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/almaniya-xi-n-bascisi-as-monitorinq-missiyasinin-hell-olunmamis-munaqise-zonalarina-girisinin-temin-e

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR