İtaliya prezidenti NATO və Rusiya arasında danışıqların davam etməsinin vacibliyini vurğulayıb

İtaliya prezidenti NATO və Rusiya arasında danışıqların davam etməsinin vacibliyini vurğulayıb
00:47 14 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ İtaliya prezidenti Serjio Mattarella NATO və Rusiya Federasiyası arasında danışıqların davam etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, beynəlxalq gərginliyin azalmasına səbəb olacaq. “Report”un “TASS”a istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı NATO-nun Romadakı müdafiə kollecində qurumun baş katibi Yens Stoltenberqin iştirakı ilə keçirilən iclasda deyib.
“Bugün təhlükəli olan gərginlik məqamına son qoymaq lazımdır. Müxtəlif təlimlər, güc nümayişi bu gərginliyin yalnız artmasına səbəb olur. Gərginlikdən sonra isə qarşılıqlı etimadın yaranmasına illər lazım olacaq”, - İtaliya prezidenti bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR