Rusiya prezidenti Yerevana gedib

Rusiya prezidenti Yerevana gedib
16:27 14 Oktyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin bu gün Yerevana gedib.
"Report" xəbər verir ki, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etmək üçün Ermənistandadır.
İclasın yekununda iştirakçı ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrı-ayrılıqda bəyanatlar qəbul edəcək, eləcə də Suriya məsələsi və Ukrayna üzrə Minsk razılaşmasının altenativsizliyi üzrə mövqelərini bildirəcəklər.
Kremldən verilən məlumata görə, terrorizmlə mübarizə tədbirlərinə də xüsusi diqqət ayrılacaq.
İmzalanması üçün 24 sənəd hazırlanıb, onlardan bəziləri gizli xarakter daşıyır.
Yerevanda keçiriləcək sessiyada KTMT-nin sədrliyi Ermənistandan Belarusa keçəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-prezidenti-yerevana-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR