Yeni dünyaya gələn uşaq narkotik aludəçisi çıxdı

Yeni dünyaya gələn uşaq narkotik aludəçisi çıxdı
17:03 15 Oktyabr 2016
276 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yeni dünyaya gəlmiş uşaqda narkotik asılığı aşkarlanıb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.

Həyat yoldaşı tərəfindən narkotik istifadəçisinə çevrilmiş E.T adlı qadının dünyaya gətirdiyi uşaqda narkotik asılığı aşkarlanıb.

Həkimlərin sözlərinə görə, buna səbəb ananın hamiləlik müddətində narkotikdən istifadə etməsidir. Bu səbəbdən yeni dünyaya gələn uşaq ananın narkotik qəbul etdiyi saatlarda ağlayır və bədənində titrəmələr müşahidə edilir. Həkimlər hələ ki, uşağı anadan ayırmamağa çalışır. Bununla yanaşı uşaq xəstəxanada digər uşaqlarla bir otaqda saxlanılmır. Həkimlər uşağın tam narkotik asılığı olmadığını və müalicə ilə ona kömək edə biləcəklərini bildirib.

Bir neçə gün sonra həkimlər ananın narkotik asılığına görə müalicəyə başlayacağını bildirib. Bu vəziyyətdə isə uşaq anasında qala bilməz. Böyük ehtimalla o anası müalicə olunduğu dövrdə uşaq evində qalacaq.
Qeyd edək ki, ABŞ-da narkotik asılığı ilə uşaqlar dünyaya gəlməsi daha çox müşahidə edilir. Son 10 ildə bu ölkədə 130 mindən çox uşaq narkotik asılığı ilə dünyaya gəlib. 110 uşaq isə ya ana bətnində, ya da ana südü vasitəsilə anrkotik qəbul etdiyinə görə ölüb.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/172297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR