Meyxanaçı Namiq Qaraçuxurlu mərsiyə deyəcək.
Axşam.az xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib.
Bu yaxınlarda mərsiyə oxuyub, izləyiciləri ilə bölüşən sənətçi bildirib ki, hər kəsdən müsbət rəy alıb:
"Əziz izləyicilər, paylaşdığım mərsiyə ilə bağlı söylədiyiniz fikirləri nəzərə alaraq, tezliklə sizə yenisini təqdim edəcəyəm. Sözləri Hacı Səyyara aid olacaq".