Bərdədə AĞIR QƏZA: ölən və yaralananlar var - FOTO

Bərdədə AĞIR QƏZA: ölən və yaralananlar var - FOTO
14:05 17 Oktyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. 

Belə ki, İlqar Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və Mircamal Mahmudovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2106"-da sərnişin, 21 yaşlı Kənan Fərhad oğlu Həsənzadə ağır bədən xəsarətləri alaraq xəstəxanada ölüb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, yaralılardan, "VAZ-2106"-nın sürücüsü M.Mahmudov vəziyyətinin ağır olması səbəbi ilə reanimasiya şöbəsinə köçürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR