Nobel Komitəsi amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb

Nobel Komitəsi amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb
23:02 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ İsveç Akademiyası daha əvvəl ədəbiyyat üzrə Nobel mükafatına layiq gördüyü amerikalı şair və musiqiçi Bob Dilanla əlaqə yaratmaq cəhdlərini dayandırıb.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
"Biz indi heç nə etmirik. Mən onun nümayəndəsinə zəng etdim və elektron məktub göndərdim və qarşılığında dostcasına cavab aldım. Hələlik bu qədər kifayətdir", - deyə akademiyanın daimi katibi Sara Danius bildirib.
Hələlik B.Dilanın dekabrın 10-nə təyin edilən mükafatlandırma mərasiminə gəlib-gəlməyəcəyi məlum deyil.
"Gəlmək istəməzsə, gəlməyəcək. Amma istənilən halda onun şərəfinə böyük şənlik təşkil ediləcək" - S.Darius jurnalistlərin diqqətinə çatdırıb.
B.Dilan oktyabrın 13-də Nobel laureatı olduğu bilinəndən bəri məsələyə heç bir reaksiya verməyib.
Xatırladaq ki, o, mahnıların sözlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk şəxs olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR