Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib

Tailandda mərhum hökmdarın obrazının əks olunduğu pulsuz döymələr edilib
02:17 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Tailandda tatu ustaları mərhum kral Phumipon Adulyadetin obrazının əks olunduğu pulsuz döymələr edib.
"Report" "Bangkokpost"a istinadən xəbər verir ki, Pattaya kurort şəhərində tatu salonlarının ustaları üç gün ərzində belə xidmət göstərib.
Məlumata görə, bu aksiyanın məqsədi 70 il ölkəyə başçılıq etmiş hökmdara olan "sədaqət və sevginin" ifadəsidir.
Analoji aksiya Çonburi şəhərində də keçirilib.
Xatırladaq ki, Phumipon Adulyadet okyabrın 13-də 89 yaşında Banqkokda vəfat edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/tailandda-merhum-hokmdarin-obrazinin-eks-olundugu-pulsuz-doymeler-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR