Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ olub

Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ olub
09:17 20 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın paytaxtı Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:50-də qeydə alınıb.
 
Zəlzələnin episentri Tiba prefekturasında, ocağı isə 40 km dərinlikdə yerləşib.
 
İbaraki, Saitama, Qumma və Fukusima daxil olmaqla 13 prefekturada  zəlzələ 4 bal gücündə hiss olunub. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR