Mehmetcik son iki ayın ən böyük zərbəsini vurdu - VİDEO

Mehmetcik son iki ayın ən böyük zərbəsini vurdu - VİDEO
10:47 20 Oktyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi-Hava Qüvvələri İraqın şimalında "Fırat qalxanı" əməliyyatını davam etdirir.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, əməliyyatın başlandığı 58 gündən bəri Türkiyə HHQ kürdlərin PKK terror təşkilatının Suriyanın şimalındakı bölmələri olan PYD və YPG qruplaşmalarına ən ağır zərbələr endirib. Türk qırıcı-bombardmançı təyyarələri 18 hədəfə 26 raket-bomba zərbələri endirib.

Nəticədə Məarrat ümm Həviş bölgəsində terrorçuların 9 binası, iki qərargahı, 4 anbarı, 4 avtomobili məhv olunub. Bombardmanda 299 kürd terrorçu məhv olub.

"Fırat qalxanı" əməliyyatı başlanandan bəri 1240 kvadratkilometr ərazi terrorçulardan təmizlənib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR