Millimiz Şimali İrlandiya üzərində qələbə qazansa...

Millimiz Şimali İrlandiya üzərində qələbə qazansa...
14:47 20 Oktyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin Şimali İrlandiya perspektivi bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti qarşılamanın dəyəri açıqlanıb.

Noyabrın 11-də Belfastda keçiriləcək görüş FİFA reytinqindəki mövqeyimizə ciddi təsir edə bilər. Bu gün açıqlanan cədvəldə fantastik sıçrayışla, 404 xalla 88-ci olan komandamız irəliləyişini daha da davam etdirmək imkanına malikdir.
 
Robert Prosineçkinin yetirmələri Belfastda qələbə qazansalar, reytinq xalımız 538-ə çatacaq.
 
134 xallıq qazanc yığma tarixinin ən yüksək pilləsinə qalxmaq imkanı verəcək. İndiki siyahıda 538 xal 65-ci yerdə olmaq imkanı yaradardı. Bu pillədə olan Trinidad və Tobaqonu (533) qoyub, Qvineyani (539) izləmək üçün yetərli olan xalın gələn ay fərqli təsiri də mümkündür. Lakin tarixində 73-cü yerdən yuxarını görməyən millinin rekordunu yeniləməsi istisna deyil.
 
Səfər heç-heçəsi aktivimizə 33 xal gətirəcək. 437 xal isə indiki siyahıda 82-ci yer üçün kifayət edərdi. Bu, 81-ci olan qrupdakı rəqibimiz Norveçi izləmək imkanı deməkdir.
 
Seçmə mərhələdəki ilk məğlubiyyət isə geriləməylə nəticələnəcək. Aktivi 386-ya qədər azalacaq komandamız uduzmaqla 18 xal itirəcək. Bu isə 1-2 pillə geriləməklə nəticələnəcək. İndiki cədvəldə bu qədər xalımız olsaydı, yalnız Bolqarıstan bizdən öndə olacaqdı və komandamız 89-cu yerdə qərarlaşacaqdı.
 
Qeyd edək ki, Belfastda baş tutacaq Şimali İrlandiya - Azərbaycan matçı "Vondzor Park"da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR