“Azərbaycan və Türkiyə Rusiya ilə yaranmış
münasibətlərdən Qarabağın qaytarılması üçün istifadə edəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Manvel Sarkisyan deyib.
Onun sözlərinə görə, Türkiyə ilkin mərhələdə beş rayonun
qaytarılması şərtini irəli sürür.
Türkiyə-Rusiya münasibətləri düzələndən sonra məntiqi olaraq erməni məsələsi gündəmə gəlməli idi.
“Hətta türklər rusların bu şərtlə razılaşdığını da deyirlər. Bu
proseslər fonunda Azərbaycan prezidentinin Qarabağa muxtariyyət
verə biləcəkləri haqda açıqlaması da təsadüfi deyil. Bakı son
şərtlərini açıqlayır. Türkiyə-Rusiya münasibətləri pis olan
dövrlərdə, Bakının mövqeləri zəif görünürdü. Lakin nə vaxt ki, bu
münasibətlər düzəldi, Bakının əli gücləndi. Azərbaycan Rusiyaya öz
şərtlərini Türkiyə vasitəsilə çatdırır. Bu siyasi manevrlərdir.
Çünki belə olan halda Rusiyanın razılaşacağı ehtimalı böyükdür.
Hətta mən deyərdim ki, Rusiya ərazilərin qaytarılması məsələsi ilə
razılaşıb”, - deyə o bildirib.
Ərdoğan və Putin Qarabağ üçün razılaşdı – Ankaranın ŞƏRTLƏRİ