Türkiyə ordusu İŞİD və PYD terror qruplaşmalarının hədəflərinə aviazərbələr endirib

Türkiyə ordusu İŞİD və PYD terror qruplaşmalarının hədəflərinə aviazərbələr endirib
10:22 21 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 21 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatının 59-cu günündə Suriyada terrorçu "PYD" və "YPG"nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları) və terrorçu İŞİD qruplaşmasının hədəflərinə 46 zərbə endirib.
"Report" Haber7-yə istinadən xəbər verir ki, İŞİD-in 40, PKK-çıların isə 6 hədəfi məhv edilib.
İnformasiyaya əsasən, Suriya Azadlıq Ordusu (müxalifət) Suriyanın min 265 kv.km ərazisi "Fırat kalkanı" əməliyyatı çərçivəsində terrorçulardan təmizləyib.
Əməliyyatın 59-cu günü müxalifətin 3 üzvü həlak olub, 11-i yaralanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/turkiye-ordusu-i-si-d-ve-pyd-terror-qruplasmalarinin-hedeflerine-aviazerbe-endirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR