“Banklar haqqında” qanuna əlavələrin layihəsi hazırlanıb

“Banklar haqqında” qanuna əlavələrin layihəsi hazırlanıb
14:23 21 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mövcud bank qanunvericiliyi, o cümlədən "Banklar haqqında" qanuna əlavələrin layihəsi hazırlanıb. Hansı ki bu da bankların problemli aktivləri və öhdəliklərini bir-birindən ayırmağa, sağlam aktivləri mövcud banklara keçirməyə, problemləri bir çətir altında birləşdirib həll etməyə imkan verəcək.

Publika.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. O deyib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir. Müvafiq hesabat Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunub. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul ediləcək.

Onun sözlərindən bəlli olub ki, Azərbaycanda qorunan əmanətlər üzrə ödənişin öz valyutasında aparılması təklif edilir: “Məsələ hökumətdə müzakirə olunur. Prezidentlə də məsləhətrləşmələr aparılıb. Əgər qanunvericilik buna yol verərsə, çox güman ki, belə birləşdirilən əmanətlər üzrə kompensasiyalar manatla ödənilən kimi, onun valyutaya da konvertasiyası üzərində iş aparırıq. Bu məsələ Prezidentə kimi məruzə olunub. Hazırda bu məsələlərlə məşğuluq".

Qeyd edək ki, hazırda əgər bir şəxsin bankda bir neçə valyutada (o cümlədən, manatla) qorunan əmanəti varsa, o zaman toplam kompensasiya milli valyutada ödənilir.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/173009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR