Dövlət İmtahan Mərkəzinin yeni saytı fəaliyyətə başladı

Dövlət İmtahan Mərkəzinin yeni saytı fəaliyyətə başladı
18:08 21 Oktyabr 2016
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Publika.az xəbər verir ki, bu gündən Dövlət İmtahan Mərkəzinin dim.gov.az saytı fəaliyyətə başlayıb.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri göstəriblər. Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qeydiyyatına alındığından bundan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək, TQDK və DQMK-nın internet səhifələri fəaliyyətlərini dayandıracaq və hazırkı saytda DİM-in fəaliyyətinə aid olan bütün məlumatlar əks olunacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/173047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR