Kanadada naməlum şəxslər sakinlərə atəş açıb, 1 nəfər xəsarət alıb

Kanadada naməlum şəxslər sakinlərə atəş açıb, 1 nəfər xəsarət alıb
01:37 23 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 oktyabr. REPORT.AZ/ Kanadanın Toronto şəhərində atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə "CBC" telekanalı xəbər yayıb.
Məlumata görə, avtomobillə hərəkət edən 3 silahlı şəxs küçədəki sərnişinlərə atəş açıb. Nəticədə 25 yaşlı bir nəfər yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Həkimlər yaralının həyatına hər hansı təhlükənin olmadığını bildiriblər.
Polis hadisəni törətmiş şəxslərin axtarışına başlayıb. Faktla bağlı şahidlər dindirilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR