Çində korrupsiyada təqsirli bilinən "Longmay Mining Holding" dövlət kömür şirkətinin sabiq rəhbəri Yuy Tei ölüm cəzasına məhkum edilib.
APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, Yuy Tei 306,8 mln. yuan (45 mln. dollar) məbləğində rüşvət almaqda təqsirli bilinib.
Qeyd edək ki, Çində ölüm hökmləri qısa müddət ərzində icra olunur.
Milli.Az