Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTO

Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTO
08:52 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yazıçı Fərman Kərimzadənin 1967-ci ildə çap etdirdiyi "Qarlı aşırım" romanı bir zamanlar erməni daşnaklarına qarşı mübarizə aparmış Kərbəlayı İsmayılın sovet rejiminə qarşı mübarizəsinin bir sıra detallarını gündəmə gətirdi. Yazıçı 1969-cu ildə həmin roman əsasında özünün "Axırıncı aşırım" adlı bir seriyalı bədii filminin ssenarisini tamamladı. Bir il sonra eyni adla çəkilən film təbii ki, sovet senzurasından keçməli, real həyatdakı bəzi faktlar təhrif edilməli, gizlədilməli idi. Bəs əslində Kərbəlayı İsmayıl kim idi? Azərbaycan SSRİ-nin "düşməni" kimi qələmə verilən bu şəxs nə üçün sovet rejiminin qurulduğu 9 il ərzində yox, məhz 1929-cu ildə silaha sarılmışdı? Milli.Az bildirir ki, tədqiqatçı, "Abbasqulu bəy Şadlinski" kitabının müəllifi Əziz Ələkbərli publika.az-a müsahibəsində Kərbəlayı İsmayılın həyatı ilə bağlı real faktlardan danışdı.

Erməni daşnaklarına qan udduran qəhrəman

Araşdırmaçı ilk öncə bildirdi ki, İrəvan xanlığında məskunlaşdırılan ermənilər tezliklə yerli türk-müsəlman əhaliyə problemlər yaratmağa başladı. Çar Rusiyasına arxalanan ermənilərin azərbaycanlılara qarşı ilk soyqırımı 1905-ci ildə həyata keçirilir: "Xalqımız növbəti belə bir soyqırımı aktı ilə 1917-1920-ci illərdə üz-üzə dayandı. Bu səbəbdən də Vedibasar əhalisi 3 il ərzində erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxdı.

Onlardan biri də İrəvan Çuxurunda yerləşən Vedibasar mahalının Çimənkənd kəndindən olan Kərbəlayı İsmayıl idi. 1917-ci ildə vedibasarlılar erməni təcavüzünə qarşı ilk özünümüdafiə dəstələri yaradanda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi.

Vedibasarın müdafiəsini əfsanəvi xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi "Mübariz dəstə" həyata keçirsə də, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində Kərbəlayı İsmayıl mühüm rol oynayırdı. Kərbəlayı ilə xalauşaqları - Usuboğlu tayfası arasında qan düşmənçiliyi olduğundan və Mikayıl Usub oğlu "Mübariz dəstə"nin Çimənkənd bölüyünün komandiri təyin edildiyindən İsmayılın oğlanları və qohumları bu bölüyün tərkibində yox, onun başına toplaşaraq müstəqil dəstə şəklində mübarizə aparırdılar".

Bununla belə, Kərbəlayı İsmayıl mübarizədə yaşca özündən kiçik olmağına baxmayaraq, dostu, qohumu Abbasqulu bəylə əlbir və məsləhətli şəkildə hərəkət edirdi: "Abbasqulu bəy ermənilərə qarşı mübarizə aparanda dağ kəndlərində Kərbəlayı İsmayıl, oğlanları Əsədulla, Firidun, Cəmaləddin və Hüseyn, qardaşı Əli, qardaşı oğlu Məhərrəm də xüsusi fəallıq göstərərək Vedibasarın dağlıq kəndlərini düşməndən qoruyublar. Şahablı, Qaraxaç, Qədirli, Keşişdağ və başqa kəndlərdə erməni vəhşiliyinin qurbanı olmuş camaatın köməyinə ilk çatanlar və düşmənə lazımınca cavab verənlər arasında Kərbəlayı İsmayılın dəstəsinin xüsusi yeri olub. Onlar təcavüzkarlara qan uddururdu. Kərbəlayı İsmayıl və dəstəsi düşmənə ağır zərbələr enidirdi".

Kərbəlayı ilə Abbasqulu bəy yaxın qohum, dost idi

Kərbəlayı İsmayılla Abbasqulu bəy arasındakı qohumluq və şəxsi dostluq münasibətləri onların ailələri arasında da dostluğa səbəb olmuşdu. Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırdı. 1920-ci ilin payızında Naxçıvanda "Qırmızı tabor" yaradılanda Kərbəlayının xeyir-duası ilə qardaşı oğlu Məhərrəm Abbasqulu bəyin taboruna qoşuldu.

Vedibasarda sovet hakimiyyəti qurulandan sonra digər vedibasarlılar kimi Kərbəlayı İsmayıl da mühacirətdən doğma vətənə qayıtdı və dinc həyata başladı. Sovet hakimiyyətinin ilk illərində Kərbəlayı İsmayıla toxunulmasa da, 1927-ci ildən sonra ilk təqiblər hiss olunmağa başladı. 1929-cu ildə onu "sağ təmayül" çıxarıb, səsvermə hüququndan məhrum etdilər".

Abbasqulu bəyin öldürülməsində erməni izi

Əziz Ələkbərlinin sözlərinə görə, Moskvada və İrəvanda sovet hakimiyyəti strukturlarında möhkəmlənmiş ermənilər "qolçomaqlara qarşı mübarizə" adı altında Vedibasarda azərbaycanlılara qarşı təzyiqləri gücləndirdilər: "Kərbəlayı İsmayıl da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırdı.

Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər. Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmişdi. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir. Lakin Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən yayınır. Birincisi, onun Abbasqulu bəyin sözündən çıxmaq gücü yox idi. İkincisi, Abbasqulu bəy Kərbəlayı ilə görüşə gedəndə onun öldürülməsi haqda qərar verilmişdi.

Abbasqulu bəyə dedilər ki, Kərbəlayı İsmayılla görüş, silahı yerə qoysun. O, bilirdi ki, Kərbəlayı İsmayıl hökumətə heç nə edə bilməyəcək. Buna görə də qan tökülməsini istəmirdi.

Abbasqulu bəy Kərbəlayı ilə görüşə iki təkliflə gedirdi - ya silahı yerə qoysun, təhlükəsizliyinizə təminat veriləcək, ona toxunmayacaqlar. Ya da Türkiyəyə getsin.
Abbasqulu bəy özünün bölük komandirlərindən olmuş silahdaşı, Vedi kolxozunun sədri Xəlili götürüb yola düşdü. Sonradan raykomun təbliğat-təşviqat şöbəsinin müdiri Müzəffər Talıbovu da onlara qoşdular. Talıbov hökumətin adamı idi və onun missiyası məlum deyildi. Təbii ki o həm də DTK-nın adamı idi".

Abbasqulu bəyi Kərbəlayı İsmayılın yanına yola düşməzdən 1 gün əvvəl gizli şəkildə Kərbəlayı İsmayılın yanına adam göndərirlər: "O, Kərbəlayıya deyir ki, Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Qayıdandan sonra üstünüzə qoşun göndərəcək. Bir tərəfdən Abbasqulu bəyi "barışıq" adıyla Kərbəlayının yanına göndərirlər, digər tərəfdən isə qaçaqları Abbasqulu bəyin üstünə qaldırırlar. Məktubu göndərən isə rayon ispalkomunun sədri idi".

Qaçaqlar yığışıb Abbasqulu bəyin gəlişi ilə bağlı toplantı keçirirlər: "Deyirlər Abbasqulu bəy bizi satıb. Səs çoxluğu ilə qərara gəlirlər ki, o, öldürülməlidir. Bir sözlə, Abbasqulu bəy barədə ölüm qərarı 1 gün əvvəl verilmişdi. Toplantıda 2-ci məsələni də müzakirəyə çıxarırlar - Abbasqulu bəyi necə öldürək? Bəy, yoxsa bizi satmış xəyanətkar kimi? Qaçaqlar qərara gəlirlər ki, onu bəy kimi, mərdanə öldürsünlər.
Əziz Ələkbərlinin sözlərinə görə, "Axırıncı aşırım"da Kərbəlayının sağ əli kimi qardaşı Vəli göstərilir: "Əslində, Vəli Qəmlonun qardaşı olub. Kərbəlayının sağ əli isə qardaşı oğlu Məhərrəm olub. Abbasqulu bəy elə Məhərrəmə güvənib danışıqlara gəlirdi. Deyir ki, Məhərrəm ordadırsa, mənə güllə atmazlar. Məhərrəm Abbasqulu bəyin bölük komandirlərindən olduğundan bəy ermənilərə qan udduran silahdaşına inanırdı".
Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən niyə yayındı?

Abbasqulu bəy barəsində ölüm hökmü çıxarıldığından Kərbəlayı İsmayıl görüşdən yayınır: "Bundan başqa, əgər o, Abbasqulu bəylə görüşsəydi, silahı yerə qoymaq təklifini yerə sala bilməyəcəkdi. Filmdə Abbasqulu bəyin guya Qarabağlara silahsız getdiyi vurğulanır. Əslində, bu, yalandır. Bəy ömrü boyu silahı belindən açmayıb".
Abbasqulu bəyin Kərbəlayı İsmayılla görüşü baş tutmur. Qaçaqlar martın əvvəllərində əvvəlcə Xəlili, sonra isə Abbasqulu bəyi öldürürlər: "Kərbəlayı İsmayıl bir neçə gün sonra mübarizəni davam etdirməyin mənasızlığını başa düşərək gecə ikən oğlanları və tərəfdarları ilə sərhədi keçib Türkiyəyə pənah aparır.

Kərbəlayı İsmayılın arvadı Səkinə, oğlu Həsən, Məhərrəmin ailəsi və daha bir neçə nəfər Əyricə yaylaqlarında həbs edilərək Kəvər türməsinə salınıblar".

Müsahibim xüsusi olaraq vurğuladı ki, Ermənistanda azərbaycanlılara qarşı milli-etnik təzyiqlər də məhz Abbasqulu bəy, Kərbəlayı İsmayıl kimi Vətən oğullarının fiziki məhvi ilə eyni vaxta düşür. Türkiyədə Kərbəlayı İsmayıla və onunla gələnlərə Ermənistan təhlükəsizlik orqanlarının casusu kimi yanaşıb, onları nəzarətdə saxladılar. Buna dözməyən qaçqınların, Kərbəlayı İsmayıldan və böyük oğlu Əsədulladan başqa, demək olar ki, hamısı geri - Vətənə qayıtdı. Lakin Araz çayını adlayıb, Ermənistan tərəfə keçən kimi onları həbs etdilər".

Sürgün edilən, repressiyaya məruz qalan ailə

Ermənilər dəfələrlə cəhd etsələr də, Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı. Onun yanına oğlanlarını, qohumlarını göndərib, dilə tutmaqla Vedibasara gətirtməyə cəhd etdilər. Lakin Kərbəlayı İsmayıl Türkiyədə tək qaldı.
1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır.

Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim.

Kərbəlayı İsmayılın altı oğlu, bir qızı olub: Əsədulla, Yadulla, Firidun, Cəmaləddin, Hüseyn, Həsən və Zəhra. Yadulla nişanlı ikən qan düşmənçiliyi üstündə qətlə yetirilib. Oğlanları Əsədulla, Firidun, Cəmaləddin, Hüseyn və qardaşı Əli 1937-ci ildə həbs edilərək İrəvanda sorğu-sualsız güllələniblər.

1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub Azərbaycana qayıtdılar və Bərdə, Tərtər rayonlarında məskunlaşdılar".

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

25 Sentyabr 2017 01:32

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14