Mədəniyət və turizm naziri Masallıda yerləşən bir sıra mədəniyyət müəssisəsinə baş çəkib

Mədəniyət və turizm naziri Masallıda yerləşən bir sıra mədəniyyət müəssisəsinə baş çəkib
16:17 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Masallı rayonunda vətəndaşları qəbul edən mədəniyət və turizm naziri Əbülfəs Qarayev rayonda yerləşən bir sıra mədəniyyət müəssisəsinə baş çəkib. 
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, nazir ilk olaraq Masallı rayon Uşaq-İncəsənət Məktəbində olub.
Bildirilib ki, məktəb bu ilin sentyabrın 3-də Prezident İlham Əliyevin Masallıya səfəri çərçivəsində açılıb. Yeni istifadəyə verilən məktəb 640 yerlikdir. Masallı rayon uşaq-incəsənət məktəbi 1979-cu ildə inşa edilib. 1994-cü ildən məktəbdənkənar tədris üçün uyğunlaşdırılmış binada fəaliyyət göstərən məktəbin zamanın tələbinə uyğun daha müasir və geniş binada yerləşdirilməsi yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2743 kvadratmetr olan bina ikimərtəbəlidir. Burada 33 sinif otağı var. Sinif otaqlarının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatları ilə təchiz olunub. 150 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Kitabxana, rəsm otağı və heykəltəraşlıq emalatxanasında dərslərin keçirilməsi üçün bütün imkanlar nəzərə alınıb. Hazırda burada 330 şagird təhsil alır və 79 müəllim çalışır.
Nazir daha sonra Masallı rayon tarix-diyarşünaslıq muzeyinə gəlib. Tarix-diyarşünaslı muzeyi də bu ilin senytyabrın 3-də istifadəyə verilib. Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1950-ci ildə yaradılıb və şəhər mərkəzindən 16 kilometr məsafədə yerləşən keçmiş məktəb binasında fəaliyyət göstərirdi. Ölkəmizdə muzey işinin yüksək səviyyədə təşkil olunması, bu sahədə daha müasir layihələrin tətbiq edilməsi, ən əsası da əhali, xüsusilə də gənclər arasında tariximizə marağın artırılması ilə bağlı həyata keçirilən tədbirlərin geniş vüsət alması Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin də fəaliyyətinin yenidən təşkili, muzeyin təyinatına uyğun yeni binada yerləşdirilməsi zərurətini yaratmışdı. 2014-cü ildə tikintisinə başlanan muzey binasında inşaat işləri bu ilin iyulunda başa çatdırılıb. Ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. 
Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət güşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.
Nazir hər bir müəssisənin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələr verib.













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02