İmperator olan fiziki qüsurlu şəxs - FOTOLAR

İmperator olan fiziki qüsurlu şəxs - FOTOLAR
16:43 24 Oktyabr 2016
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tarixdə həmişə cəsur, zalım, sərt və döyüşçü imperatorlara rast gəlmək mümkün olmur. Bəzən tarix elə hökmdarlara şahidlik edir ki, həyatları çox romantik və hətta insanı hüznlü notlara kökləyəcək qədər fərqli olur.

Publika.az şanssız bir həyata sahib Roma imperatoru Klavdinin həyat hekayəsini təqdim edir:

Klavdi e.ə. 10-cu ildə Qalliyada doğulub. Uşaqlığından bəri tarixlə yaxından maraqlansa da, hələ siyasətin içərisinə daxil ola bilməmişdi. İlk dəfə qardaşı oğlu Kaliqula ilə birlikdə konsul olaraq rəhbərliyə qatılır. Kaliqula Tiberinin vəsiyyəti ilə imperator olmuşdu. Klavdi isə bütün dövlət vəzifələrindən uzaq tutulurdu. Fiziki və ruhi narahatlıqları ona bu işdə mane olur, o dövrdə kimsə Klavdinin imperator ola biləcəyini ağlının ucundan belə keçirmirdi.

Xəstəliklərlə keçən bir ömür

Klavdinin doğuşdan bir ayağı qüsurlu idi. Çiyinləri və dizləri gücsüzdü, başı və əlləri titrəyirdi. Bəzi zamanlar ağzından tüpürcəklər axırdı. Çıxışlarının çox düzgün olmaması və kəkələməyi də Klavdinin rəğbət qazanmasına mane olurdu.

İlk tarixçi - Klavdi bizə gəlib çatmamış ilk və iki tarix əsərinin müəllifidir.

Klavdi siyasətdən uzaq idi, lakin o, özünü elmə təslim etmişdi. Tarix və ədəbiyyatla çox yaxından maraqlanırdı. Araşdırmalar nəticəsində Etrüks və Karfagen tarixlərindən bəhs edən bir çox əhəmiyyətli əsər yaratdı. Təəssüf ki, Klavdinin yazmış olduğu bu mühüm tarix kitabları günümüzə çata bilmədi. Biz yalnız digər tarixçilər vasitəsilə bu əsərlərin varlığından xəbərdar olduq.

Bir anda imperator olmaq

Klavdi özünü elmi araşdırmalara həsr etmişkən, imperator Kaliqulanın sərt və zalım tətbiqləri əksər əhalini narahat etməyə başlamışdı. Sonda Kaliqula sui-qəsd nəticəsində həyatını itirdi. Kaliqulanın öldürüldüyü zaman Klavdi onu da öldürəcəkləri düşüncəsi ilə sarayda pərdənin arxasında gizlənmişdi. Halbuki əsgərlər onu öldürmədilər və Klavdini yeni imperator elan etdilər. Beləliklə, insanların heç əhəmiyyət vermədiyi adam birdən-birə Roma imperatoru oldu.

Bir İmperatorun Ölümü

Klavdi heç kimin təxmin edə bilməyəcəyi bir şəkildə imperator oldu. Sabit bir rəhbərliklə ölkəsinin sərhədlərini genişləndirdi. Elmə, oxumağa və yazmağa əhəmiyyət verdi, lakin sonuncu həyat yoldaşı Aqrippina tərəfindən zəhərlənərək öldürüldü. Bir sıra qaynaqlarda Klavdinin ölümü qarışıq və ziddiyyətlidir. Müasir dövr tarixçilərinin beynində isə Klavdi sui-qəsd nəticəsində vəfat etdi, yoxsa öz əcəli ilə dünyadan köçdü mövzusu hələ də böyük bir sual işarəsidir.

Nəticə etibarilə imperator Klavdi müvəffəqiyyətli bir həyata sahib idi. Doğuşdan sahib olduğu bəzi narahatlıqlar səbəbi ilə siyasətdən uzaqlaşdırılan bir insan ikən, imperator mövqeyinə yüksəlmişdi. Klavdidən sonra taxta çıxan Neron və senat mərhum hökmdara olan hörmətlərini heç vaxt əsirgəmədilər və Klavdini daim andılar.

Fəxrəndə Dəmirova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR