Bakı sakini paltar asmaq istəyərkən ağır xəsarət alıb

Bakı sakini paltar asmaq istəyərkən ağır xəsarət alıb
14:12 25 Oktyabr 2016
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsində qeydə alınıb.
Həmin küçədə yerləşən binada 1993-cü il təvəllüdlü Şahsuvarov Taleh Xaliq oğlu paltar asmaq istəyərkən xəsarət alıb. Belə ki, T.Şahsuvarov aşağıya doğru əyilərkən zivənin dəmir hissəsinin üzərinə düşüb. Nəticədə dəmir parçası onun bədəninə batıb.
Ağır xəsarət alan T.Şahsuvarov 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Bədbəxt hadisənin dəqiq səbəbləri araşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR