Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfirliyində olub

Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfirliyində olub
17:19 25 Oktyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

 

Fövqəladə hallar naziri, Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədri Kəmaləddin Heydərov oktyabrın 25-də Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Qətər Dövlətinin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar Azərbaycan Hökuməti adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR