"Sumqayıt-Aşqarlar"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib

"Sumqayıt-Aşqarlar"ın səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
09:02 26 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Sumqayıt-Aşqarlar" ASC-nin səhmdarlarının sentyabrın 28-i, saat 11:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağı noyabrın 7-si, saat 11:00-a keçirilib. "Report" xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq zavodun Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən inzibati binasında keçiriləcək. Yığıncağın gündəliyinə müəssisənin Müşahidə Şurasının və Audit Komitəsinin (Təştiş Komissiyasının) yeni tərkibinin seçilməsi, baş direktorun təyin edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Sumqayıt-Aşqarlar" 2004-cü ildə yaradılıb, 1966-cı ildən fəaliyyət göstərən eyni adlı zavodun hüquqi varisidir. Onun nizamnamə kapitalı 596 004 manatdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR