İlham Zəkiyev ali məktəb məzunu oldu - FOTO

İlham Zəkiyev ali məktəb məzunu oldu - FOTO
11:37 28 Oktyabr 2016
16 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, 36 yaşlı idmançı rektor Fuad Hacıyevin imzaladığı diplomu ötən gün alıb.

O, akademiyada "Bədən tərbiyəsi və idman" ixtisası üzrə başa vuraraq, bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.

Qeyd edək ki, İlham Zəkiyev 1999-cu ilin fevralında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman erməni snayperinin gülləsinə tuş gəlib. Nəticədə o, görmə qabiliyyətini itirib. Sonradan Zəkiyev paralimpiyaçı cüdoçuların mübarizəsinə qatılıb, "Afina-2004" və "Pekin-2008" Yay Paralimpiya Oyunlarında 100 kq-dan yuxarı çəki dərəcəsində qızıl, "London-2012"də gümüş medal qazanıb. Təcrübəli cüdoçunun aktivində "Bakı 2015" I Avropa Oyunlarının qızıl medalı, eləcə də dünya və 6 qat Avropa çempionu titulları da var.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/483952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR