Şok: Aparıcı Kamilənin atasını ruh öldürüb - VİDEO

Şok: Aparıcı Kamilənin atasını ruh öldürüb - VİDEO
13:23 28 Oktyabr 2016
286 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Kamilə Babayev atasının ölümündən danışıb. "5-ci element" verilişində aparıcı xanım atasının faciəvi ölümünü yada salıb, gözləri dolub.

“5-ci element” verilişində aparıcı bildirib ki, 18 yaşlı gənc qızın ölümündən sonra atasının gözünə onun ruhu görünüb: “Atam 3 rayonda sudmet eksperti kimi fəaliyyət göstərirdi, yəni meyitlərə baxış keçirirdi. Bir gün morqa 18 yaşlı qız meyiti gətirirlər. Atam meyitə baxış keçirən zaman qəribə hadisə baş verir. O, arxasını meyitə çevirib və bu zaman meyitin qolunda refleks yaranıb, qolu atamın çiyninə düşüb. Bu hadisədən sonra atam çox qorxub. Həmin gün avtomobili ilə Qaxa gedirmiş. Bu zaman güzgüdə sanki həmin o qızın simasını görür. Sanki o qızın ruhu arxada oturub. Bu da qəza yaranmasına səbəb olur. Atam bərk qorxduğundan müvazinəti itirir və avtomobil ağaclara çırpılır. Deyilənə görə, avtomobil tamam yararsız vəziyyətə düşüb, atamın da vəziyyəti çox ağır olub. Bu qəzadan sonra, Kamil, yəni atam vəfat edir ". (Big.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/173860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR