Prezident Georgi Marqvelaşvili: “Gürcüstan ilə Azərbaycan strateji tərəfdaşdır”

Prezident Georgi Marqvelaşvili: “Gürcüstan ilə Azərbaycan strateji tərəfdaşdır”
14:12 28 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 28 oktyabr. REPORT.AZ/ Tbilisidə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə görüşüb.
“Report”un Gürcüstan bürosunun xəbərinə görə, Prezident G.Marqvelaşvili deyib ki, iki ölkə arasında çox yaxşı münasibətlər var: “Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşdırlar. İnanıram ki, bu cür səfərlər əlaqələrimizin bütün sahələrdə inkişafına və strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edəcəkdir”.
Georgi Marqvelaşvili ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini bildirib.
Şahin Mustafayev Azərbaycan Prezidenyi İlham Əliyevin və Baş nazir Artur Rasi-Zadənin salamlarını Gürcüstanın dövlət başçısına çatdırıb.
Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar təbrik edib və bu seçkilərin xalqın rifah halının yaxşılaşmasına və ölkədə demokratiyanın daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, müdafiə və digər sahələrdə əməkdaşlıq və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər iştirak ediblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR