Bakı sakininin 60 baş maralını alan şəxs pulunu verməyib

Bakı sakininin 60 baş maralını alan şəxs pulunu verməyib
13:37 29 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.
“Report”un xəbərinə görə, 1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 
O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-cü il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR