Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq

Azərbaycan millisinin qapıçısı Portuqaliyada növbəti oyununa çıxacaq
15:42 29 Oktyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Portuqaliya çempionatında növbəti oyununu keçirəcək.
"Report"un məlumatına görə, təcrübəli qolkiperin çıxış etdiyi "Boavişta"nın rəqibi "Eştoril" klubu olacaq.
Qarşılaşma Bakı vaxtı ilə 23:30-da başlayacaq. Bu K.Ağayevin "Boavişta"nın heyətində 4-cü oyunu olacaq. Debüt oyununda "Portu"ya 3:1 hesablı məğlubiyyətlə üzləşn K.Ağayev "Moreyrense" ilə oyunda qapısını toxunulmaz saxlayıb - 2:0. 8-ci turda "Maritimo" ilə görüşdə isə qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla 11-ci pillədə qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR