“Messiyə görə ağlayacağıq”

“Messiyə görə ağlayacağıq”
18:47 29 Oktyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun az şans verdiyi futbolçulardan biri də Maykl Karrikdi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunu yarımmüdafiəçinin yaşı ilə əlaqələndirib.

Mourinyonun fikrincə, İngiltərə millisinin üzvünün 35 yaşda olması onun müntəzəm oynamasına mane olur: "İnsan 25 yaşda başqa, 35 yaşda bir başqa cür olur. Karrik fenomenal futbolçudu. Lakin mən onu Reşford və Errera kimi, ardıcıl 4-5 matçda oynada bilmərəm. Çünki yaş buna icazə vermir. 5 ildən sonra Lionel Messinin 34 yaşı olacaq və həmin vaxt biz ağlayacağıq".
 
Qeyd edək ki, Maykl Karrik 2006-cı ildən "Mançester Yunayted"də çıxış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR