"Bir az səbrli olmaq lazımdır"

"Bir az səbrli olmaq lazımdır"
23:05 30 Oktyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

"Augsburg"la oyunda (3:1) qolsuz seriyasına son qoyan Robert Levandovski "Bavariya" ilə müqaviləsini yeniləmək fikrində olduğunu açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, polyak hücumçu qısa müddətdə yeni müqavilə imzalanacağını qeyd edib.

"Düşünmürəm ki, bu, çox vaxt aparsın. Amma bir az səbrli olmaq lazımdır. Hələlik müqaviləni imzalamamışam. Xırda məsələləri həll edəndən sonra hər kəs məlumatlandırılacaq" - Levandovski deyib.

28 yaşlı hücumçu 2014-cü ildə "Borussiya Dortmund"dan Münhen klubuna keçib. Onun cari müqaviləsi 2019-cu ilin iyununda yekunlaşır. "Bayern"in İdarə heyətinin üzvü Karl-Haynz Rummenige Levandovski ilə uzunmüddətli müqavilə bağlanmasında maraqlıdır. Xatırladaq ki, ilin əvvəlində onun adı bir neçə dəfə "Real"la hallandırılmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR