Elxan Məmmədov "Böyüq Dəbilqə"nin qalibi oldu

Elxan Məmmədov "Böyüq Dəbilqə"nin qalibi oldu
10:27 31 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri başa çatıb.


Fanat.Az xəbər verir ki, turnirin sonuncu günü Azərbaycan millisi hesabına 1 qızıl, 1 bürünc medal yazdırıb.


100 kq çəki dərəcəsində yarışan Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.


90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq)7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.


Qeyd edək ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elxan-mmmdov-quotboyuq-dbilqquotnin-qalibi-oldu-t53763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR