"Neftçi"nin baş məşqçisi: "Guya Tira və Pereyra hərəyə 10 qol vurub?"

"Neftçi"nin baş məşqçisi: "Guya Tira və Pereyra hərəyə 10 qol vurub?"
12:27 31 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Neftçİ" klubunun baş məşqçisi Elxan Abdullayevin "Report"a müsahibəsi
- "Neftçi" Azərbaycan Premyer Liqasında 8-ci məğlubiyyətini aldı. Bu gedişlə komandanın aqibəti necə olacaq?
- Bu gedişlə yeganə çıxış yolu qışı gözləməkdir. Qış fasiləsindən sonra başqa komanda izləyəcəksiniz.
- "Neftçi"nin turnir cədvəlinin ilk "üçlüy"ündə qərarlaşması çətin görünür. 3-cü yerdə olan "İnter"dən 14 xal geri qalırsınız. Bu fərqi aradan qaldırmaq mümkün olacaq?
- Düzdür, 3-cü yerlə aramızda böyük fərq var. Amma bu fərqi aradan qaldırmaq mümkünsüz deyil. Dördüncü yerlə də avrokuboklara vəsiqə qazanmaq olar. Şansımız var və üstəlik, Azərbaycan Kubokunda da çıxış edirik. Bacardığımız qədər yüksək yerlərə qalxmağa çalışacağıq. Başa düşürəm, çox xal itirmişik.
- Hücumçu Katalin Tira ilə yollar ayrıldı. Qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyra isə əvəzedici heyətə göndərilib. Bu futbolçuların aqibəti necə olacaq: Onlar da qışda komandadan göndəriləcək?
- Hər bir futbolçu müqavilə əsasında çıxış edir. Bəzi adamlar sözümü yanlış başa düşür. Keçən dəfə də demişdim ki, əvəzedici heyət "dizbat" deyil. Əvəzedici heyətə göndərmə cəzalandırma üsulu deyil. Əsas heyətdə oynamayan, fiziki, taktiki cəhətdən tələblərə cavab verməyən futbolçunu ora göndərirsən. Bu futbolçu aşağı səviyyədə çıxış edirsə, nəticə vermirsə, ona özünü bərpa etməsi üçün vaxt verilir. Nə vaxt məsləhət olsa, əsas heyətə çağırılacaqlar. Hər halda onlar "Neftçi"nin futbolçularıdır. Üstəlik, legionerlər yerli futbolçulardan üç dəfə yaxşı oynamalıdırlar. Bu gün belə tələb olunur. O da özünü sübut etməlidir.
- Sizin həm milli komandada, həm də "Neftçi"də çalışmağınızla bağlı söhbətlər olub. XI turdan sonra milli ilə Şimali İrlandiyaya yollanacaqsınız. Hər kəs komandasını hazırlayanda siz "Neftçi"də olmayacaqsınız. Bu işlər necə olacaq? Bəlkə millidəki işiniz "Neftçi"də uğur qazanmağınıza maneə yaradır?
- Heç bir maneə törətmir. Çünki komandada məşqçilər korpusu var. 5 məşqçi işləyir və mənim olmamağım kluba heç bir zərbə vurmur. Biz planla işləyən komandayıq. Elxan Abdullayev olsa da, olmasa da bu plan var. Bir ay əvvəldən hər şey məlum olur. Bu səbəbdən, iki komandada çalışmağım böyük problem deyil. Cəmi 5 gün olmayacağam. Üstəlik, bu il son oyundur. Millinin növbəti matçı martda olacaq. Ən vacib məsələ komandanı hazırlamaqdır. Komandanın əsas problemi toplanış, yaxşı hazırlıqla bağlıdır. Ona görə də fasilədə bu işi görmək lazımdır.
- Klub rəhbərliyinin iki yerdə işləməyinizə heç bir etiraz etmədiyini demişdiniz. Bu qədər uğursuzluqlardan sonra rəhbərliyin fikri dəyişməyib?
- Xeyr, bizdə danışıq olub. Məni bura gətirəndə komandanın vəziyyətini, nə qədər vaxtın lazım olduğunu bilirdirlər. Rəhbərlik işimdən razıdır. Düzdür, nəticə verməsək də, əsas məsələ düz yolda olmağımızdır. İşimizi düzgün qururuq. Nəticə isə gələcək.
- Növbəti tur "İnter"lə qarşılaşacaqsınız. Əvəzedici heyətə göndərilənlərdən 3-ü müdafiəçidir. "Neftçi"nin müdafiə xətti isə gənclərdən ibarətdir. Növbəti oyuna qədər həmin legionerlər özlərini doğrultmasalar, müdafiənin aqibəti necə olacaq?
- Birincisi, əvəzedicilərin baş məşqçisi var və özü onların oynayıb-oynamayacağı ilə bağlı qərar verir. Bu, mənim işim deyil. Futbolçu əvəzedicilərə gedirsə, həmin komandanın baş məşqçisi ilə işləyir. Çətin vəziyyətdəyik və məcburuq gənc futbolçularla oynayaq. Ancaq fərqi nədir? Gənc futbolçu ilə uduzmaq daha yaxşıdır, nəinki böyük miqdarda pul verilən legionerlərlə. Bu gün gənclərə daha çox etimad göstərmək lazımdır. Gənclər həmin legionerlərin yanında oynamalı və özünü göstərməli, təcrübə qazanmalıdır. Ancaq bu gün mən elə şey görmürəm. Buna görə də gənclərə şans verib, onları oynatmaq lazımdır.
- Katalin Tira göndərildi, Denilson Pereyra isə əvəzedicilərdə çıxış edəcək. Yəni, "Neftçi"nin sırf hücumçu mövqeyində olan futbolçusu qalmayıb. Bu, qol vura bilməyən "Neftçi"yə mənfi təsir etməyəcək?
- Guya Tira və Pereyra olanda hərəsi 10 qol vurub?
- Əvəzedici komandanın nəticələri yaxşıdır. Oradan əsas komandaya futbolçu cəlb etməyi düşünmürsünüz?
- Yaxşı futbolçular var. Məsələn, İbrahim Əliyev adında futbolçu var. Onu gətirəcəyəm və düşünürəm ki, heç də Tiradan zəif deyil. Hər bir gənc futbolçuya şans verəcəyəm. "İnter"lə oyuna azı 3 nəfər gətiriləcək.
- Komandanın kapitanı Araz Abdullayevdir. O olmayanda sarğını Cavid İmamverdiyev daşıyır. Mahir Şükürov start heyətində meydana daxil olanda kapitanlıq kimə veriləcək?
- Mən bu komandaya gələndə Araz kapitan idi və onu da komanda seçib. Yəni, məşqçi seçmir. Qış fasiləsində yenə seçki olacaq. Komanda kimi məsləhət bilsə, o da seçiləcək. Bir daha deyim ki, Arazı komanda özü seçib. O desə ki, Mahir kapitan olsun, mən buna etiraz etməyəcəyəm. Komanda ona inanıb və bu qərarı verib. Bu səbəbdən, mənim kapitanlığı kimdənsə alıb, kiməsə verməyə haqqım yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Həmcinslərini aldadaraq Türkiyədə satan qadın HƏBS EDİLDİ

26 Sentyabr 2017 11:44

Xalq şairinin oğlunun qatilinin məhkəməsi başladı

26 Sentyabr 2017 11:43

Bu məşhur cütlüklər bir-biri ilə evlidir

26 Sentyabr 2017 11:43

Baş nazirin müavini: “Sovetski”dəki insanları bəladan qurtara bildik”

26 Sentyabr 2017 11:42

Qadınları aldadaraq Türkiyəyə aparan Biləsuvar sakini tutulub

26 Sentyabr 2017 11:42

Abid Şərifov: “Ağlıma batmır ki, Akif Əli Lütfü Zadə haqqında elə söz danışsın”

26 Sentyabr 2017 11:42

"Yuventus"la oyun ərəfəsində “Olimpiakos”un baş məşqçisi dəyişib

26 Sentyabr 2017 11:42

Bakıda oğurluqla məşğul olan şəxslər yaxalandı - FOTOLAR

26 Sentyabr 2017 11:39

Bakıda rəis oğlundan AĞLASIĞMAZ XİDMƏT: hamilə qalmaq istəyənləri ərlərinin yanında... - ŞOK TƏFƏRRÜAT

26 Sentyabr 2017 11:38

İşlədiyi məktəbdən oğurluq edən şəxs saxlanıldı

26 Sentyabr 2017 11:36

Kibertexnologiyalar cinayətləri necə dəyişir?

26 Sentyabr 2017 11:35

Boğaz ağrısı və öskürəyi anında kəsir

26 Sentyabr 2017 11:33

Xətaidə yanan binaya görə tutulan şirkət rəhbərinin məhkəməsində sakinlər ifadə veriblər

26 Sentyabr 2017 11:32

Türkiyə səfiri: "Cocuq Mərcanlının minalardan təmizlənməsi orada əhalinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək"

26 Sentyabr 2017 11:32

Böyük Qafqaza 80 mm yağıntı düşüb - Faktiki hava

26 Sentyabr 2017 11:29

İlahi, imkan ver yaşayım!

26 Sentyabr 2017 11:28

Qızla tanış olmaq üçün görün nə etdi...

26 Sentyabr 2017 11:26

ABŞ Azərbaycanda minaların təmizlənməsinə 30 milyon dollar yardım edib

26 Sentyabr 2017 11:24

ABŞ-dan Bərzaniyə xəbərdarlıq: “Sərhədlərin dəyişdirilməsi…”

26 Sentyabr 2017 11:23

Gülaya yardım edək

26 Sentyabr 2017 11:23

Azərbaycan akrobatları Avropa çempionatının finalına yüksəliblər

26 Sentyabr 2017 11:22

Sentyabrın 26-da səhərədək ölkədə hava şəraiti qeyri-sabit keçib

26 Sentyabr 2017 11:22

Deputata Kırşehir vilayətinin Fəxri Vətəndaşı statusu verilib

26 Sentyabr 2017 11:19

İraqın ərazi bütövlüyünü dəstəkləyirik

26 Sentyabr 2017 11:19

Fikrət Qocanın oğlunu öldürməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

26 Sentyabr 2017 11:17

"Qarabağ" - "Roma": start heyətləri açıqlandı

26 Sentyabr 2017 11:17

İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrini qəbul edib

26 Sentyabr 2017 11:17

İlham Əliyev Angela Merkeli təbrik edib

26 Sentyabr 2017 11:15

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?

26 Sentyabr 2017 11:14

Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi DƏQİQ VAXT

26 Sentyabr 2017 11:13

Məktəbdən oğurluq edən şəxs saxlanılıb

26 Sentyabr 2017 11:12

“ABŞ bizə müharibə elan edib”

26 Sentyabr 2017 11:12

Bakıda ilk dəfə “Mübarizlər” layihəsi baş tutub

26 Sentyabr 2017 11:09

Elzadan yeni şeir: "Yedim, yedim, dibini yedim"

26 Sentyabr 2017 11:08

Azərbaycan və Rusiya aqrar universitetləri arasında müqavilə imzalanıb

26 Sentyabr 2017 11:07

Ceyms Appaturay: "Azərbaycanla NATO arasındakı münasibətlər etibarlı və daim inkişaf edəndir"

26 Sentyabr 2017 11:07

Bakı Ali Neft Məktəbində tələbələrə SPM sertifikatları təqdim olunub

26 Sentyabr 2017 11:07

Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir

26 Sentyabr 2017 11:02

İş adamı arvadını tutdurdu - Qadın məhkəmə zalında qandallandı

26 Sentyabr 2017 10:59

Bakıda qız avtobusun qapısından sallanıb getdi

26 Sentyabr 2017 10:59

Bütün proqnozları gerçək olan YAPONLARDAN SENSASİYALI 2018 XƏBƏRDARLIĞI: ABŞ yox olur və...

26 Sentyabr 2017 10:58

Şimali İraqda referendumun ilkin nəticələri açıqlandı

26 Sentyabr 2017 10:58

Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadı məhkəmə zalında həbs edilib

26 Sentyabr 2017 10:57

Azərbaycanın iki boksçusu yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb

26 Sentyabr 2017 10:57

Süleymanoğlu komaya düşdü: bir neçə gün ömrü qalıb - FOTO

26 Sentyabr 2017 10:57

Azərbaycan mikrokredit götürənlərin sayına görə MDB-də liderdir

26 Sentyabr 2017 10:52

Sabirabadda 6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub

26 Sentyabr 2017 10:47

ANAMA “Ceyrançöl" layihəsinin 3-cü mərhələsinin təqdimatını keçirib

26 Sentyabr 2017 10:47

Azərbaycan və Gürcüstan sərhədlərin qorunması məsələsində əməkdaşlığı gücləndirmək niyyətindədir

26 Sentyabr 2017 10:47

Rusiyanı heyran edən 6 yaşlı Ruslan danışdı - VİDEO

26 Sentyabr 2017 10:44